Karantin vaxtı texniki baxış müddəti başa çatan avtomobilləri nə gözləyir?


Digərləri 03 Apr 2020 09:49:00 114 0

Karantin vaxtı texniki baxış müddəti başa çatan avtomobilləri nə gözləyir?

Azərbaycanda koronavirusla bağlı elan olunmuş xüsusi karantin rejimi müddətində texniki baxış vaxtı başa çatan nəqliyyat vasitələri cərimə edilməyəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin texniki baxış müddəti uzadılıb:

"Əgər kimsə gedə bilirsə, əməkdaşlarımız xidmətdədir və texniki baxışdan rahatlıqla keçə bilərlər. Amma kiməsə yola çıxmağa icazə verilmirsə, onlar narahat olmasınlar. Texniki baxış müddəti karantin müddəti bitənə qədər artırılıb.

Karantin müddəti başa çatandan sonra gedib avtomobillərini texniki baxışdan problemsiz keçə bilərlər. Həmin müddətdə texniki baxış müddəti keçmiş heç bir nəqliyyat vasitəsinə cərimə tətbiq edilməyəcək".