Türk professorlar ürəklərə su səpdi Korona bu tarixdə azalacaq, dərman və peyvənd isə...


Digərləri 03 Apr 2020 07:34:00 102 0

Türk professorlar ürəklərə su səpdi  Korona bu tarixdə azalacaq, dərman və peyvənd isə...

Türkiyə koronavirusa qarşı 4 ay ərzində dərman, 1 il ərzində isə peyvənd hazırlayacaq.

Son.az xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Molekulyar Biologiya və Genetika Kafedrasının müəllimi, professor Nəsrin Özörən danışıb.

Səhiyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) birgə qurduğu konsorsiumda yer alan professor bildirib ki, hazırladıqları başqa layihə də mövcuddur. Təsdiq ediləcəyi təqdirdə, test sayı gündə 20 minə çata bilər.

Özörən və komandası koronavirusa qarşı peyvənd üçün quş qripi və müxtəlif xərçəng araşdırmalarında müsbət nəticələr əldə edilən "mikrokürəcik" texnologiyasından faydalanacaq: "Mikrokürəcik texnologiyasını koronavirusun tac kimi görünən "Spike" adlı xarici səthi olan protein parçalarına əlavə edəcəyik. Burun spreyi olaraq da peyvənd hazırlamağı düşünürük. İnsanlar peyvəndə qarşı çıxırdılar. İndi isə onun qiymətini anladılar".

Professor qeyd edib ki, hazırda əllərində 100 min insanı testdən keçirəcək potensial var.