Trampın koronavirus testinin nəticəsi açıqlandı


Dünya 03 Apr 2020 01:45:34 120 0

Trampın koronavirus testinin nəticəsi açıqlandı

ABŞ prezidenti Donald Tramp yenidən onda koronavirusun olub-olmaması ilə bağlı tibbi yoxlamadan keçib.

ABŞ prezidenti Donald Tramp yenidən onda koronavirusun olub-olmaması ilə bağlı tibbi yoxlamadan keçib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasına əsasən “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, testin nəticəsi mənfi olub. ABŞ prezidenti daha əvvəl də bildirib ki, onda koronavirus əlamətləri yoxdur.

Xatırladaq ki,dünyada koronavirusa yoluxanların ümumi sayı 896 450 nəfərə, ölənlərin ümumi sayı isə 45 526 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-dəCOVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb.