Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl... FOTO


Digərləri 03 Apr 2020 01:30:00 128 0

Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl...  FOTO

Dünyada yayılan yeni tip koronavirusun qaynağı Çinin Uhan şəhəri deyil.

Son.az xəbər verir ki, bunu amerikalı elm adamı, Tulane Universitetinin tibb fakültəsinin professoru Robert Gerri iddia edib.

Onun sözlərinə görə, Uhandakı dəniz məhsulları bazarı Kovid-19-un qaynağı deyil. Virusun ilk mənbəyi var.

Gerri yarasada tapılan yeni tip koronavirusun səth proteinində yaşanan mutasiyanın pandemiyaya çevrilməsində əhəmiyyətli səbəb ola biləcəyini, lakin bugünkü vəziyyətə gəlmədən əvvəl bu tip virusun daha zəif versiyasının insanlar arasında bir neçə ildir ki, yayıldığını bildirib.

"Nature Medicine" dərgisində yayımlanan araşdırmanın həmmüəllifi olan R.Gerri ABC kanalına verdiyi müsahibədə Kovid-19 ilə yarasada aşkarlanan yeni virus arasında 96% bənzərlik olduğunu vurğulayıb.

"Analizlərimiz və digər bəzi analizlər bundan daha erkən qaynağın olduğuna işarə edir. Uhandakı o bazarda dəqiq xəstəlik ola bilər. Amma bazar koronavirusun qaynağı deyil", - professor bildirib.