Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək


Dünya 02 Apr 2020 23:51:00 153 1

Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək

Böyük Britaniyada koronavirusa yoluxanların sayı sürətlə artdığına görə, həkimlər xəstə seçimi etmək məcburiyyətində saxlanıla bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə krallığın Təbiblər Birliyinin hazırladığı sənəddə deyilir. Bildirilir ki, həkimlər bütün imkanları sağalmaq ehtimalı daha yüksək olan koronavirus xəstələri üçün səfərbər etməli olacaq. Nəticədə vəziyyəti ağır olan xəstələrə diqqət azaldılacaq.

Sənədə görə, krallığın səhiyyəsi tələbatı qarşılamır və vəziyyət böhran həddinə çatmaq üzrədir.