Peyğəmbərimiz hansı rəngdə, hansı uzunluqda, hansı materialdan paltar geyinirdi?


Digərləri 02 Apr 2020 23:55:00 183 0

Peyğəmbərimiz hansı rəngdə, hansı uzunluqda, hansı materialdan paltar geyinirdi?

""Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə, təqva libası daha yaxşıdır". Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar". ("Əraf" 26).

İslam dini hər bir sahədə qayda və qanunlar təyin etdiyi kimi, geyim mövzusunda da qaydalar təyin etmişdir ki, onlara işarə edək:

1. Qadın və kişi paltarı. Kişilərin qadın və qadınların da kişi paltarı geyinməsi caiz deyildir. Ancaq müştərək paltarların geyinilməsində bir çətinlik yoxdur.

2. Bəzənmək və pakizə olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Allah gözəldir və gözəlliyi sevir. Bağışlayandır və bağışlamağı sevir. Pakizədir və pakizəliyi sevir".

İmam Əli (ə) buyurur: "Bəzənmək - möminlərin əxlaqındandır".

3. Özünü kafirlərə bənzətməmək. Məsumlarımız (ə) bizləri geyimdə özümüzü kafirlərə bənzətməyimizi qadağan etmişdilər. İmam Əli (ə) buyurur: "Az görünmüşdür ki, kimsə özünü bir qövmə bənzətsin və yavaş-yavaş onun kimi olmasın".

4. Paltarın keyfiyyəti. Paltar elə bir şeydir ki, insanı təkəbbürə tərəf çəkə bilir. Bəzi paltarlar isə insanı həqir edə bilir. O paltar ki, çox uzundur və yerə dəyir - təkəbbürə səbəb olur. Peyğəmbər (s) bu mövzuya özü riayət edər və ayağının üstünə dəyən uzunluqda paltardan qeyrisini geyinməzdi.