Günün qoroskopu: yaxınlarınızı tələsdirməyin


Digərləri 03 Apr 2020 00:01:00 139 0

Günün qoroskopu: yaxınlarınızı tələsdirməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günə başlayarkən diqqətli və səliqəli olun. Xırda detallara, əhəmiyyətsiz faktlara fikir verin. Diqqətsizlik, ətraf aləmdən təcrid olunmağınız, hadisələrə barmaqarası, laqeydliklə baxmağınız isə sizə həm işdə, həm şəxsi həyatınızda ciddi problemlər yarada bilər. 

Buğa - maraqlı tanışınız peyda ola bilər. Bu gün sizi geyiminizə görə deyil, ağlınıza görə qarşılayırlar, odur ki, onu gizlətməyin mənası yoxdur. Axşama doğru işləri unudub istirahət etmək istəyəcəksiniz. Narahat olmayın, sizə qoşulmaq istəyənlər tez tapılacaq. Əsas məsələ odur ki, bu işdə canfəşanlıq etməyəsiniz.

Əkizlər - gün istədiyiniz kimi başlamır. Ailənizdəki ab-hava heç xoşagələn deyil. Daim kiminləsə mübahisə edir və savaşırsınız. Anlaşılmazlıqlar artır. Sizin ümidinizi puç edən dostlarınızla da aranız dəyə bilər. Özünüzün haqlı olduğunuzu sübut etmək üçün sərt müzakirələr açmalı olacaqsınız.

Xərçəng - gün xoş olacaq. Həm peşəkar, həm şəxsi problemlərinizin həlli üçün şərait yaranır. Sevdiyiniz insanla münasibətləriniz düzəlir. Bir çox yaxşı insanlara kömək edə biləcəksiniz.

Şir - gzünüzü itirməyin - şəraitdən öz xeyrinizə istifadə edə biləcəksiniz. Mürəkkəb məsələlərin həlli üçün ən yaxşı vaxt isə günün ortasıdır. Diqqətinizi toplayaraq işləri səliqə ilə başa çatdıra biləcəksiniz. Axşama doğru yaxınlarınızla ünsiyyətdə problemləriniz yarana bilər.

Qız - yaman tələsirsiniz, bu səbəbdən bir çox problemləriniz olacaq. Ətrafında qadınlar olan Əqrəblər isə daha çox çətinliklə üzləşəcəklər: bu gün zərif cins nümayəndələri ilə ünsiyyət bu bürcün nümayəndələrinə heç məsləhət deyil.  Yeni tanışlarınızla dil tapmaq çətin olacaq, onlarda elə də xoş olmayan təəssürat yaradacaqsınız.

Tərəzi - bütün bu çətinliklərə baxmayaraq, ən yaxşı keyfiyyətlərinizi göstərə biləcəksiniz. Özünüzü ağayana, layiqli apacaq, köməyə ehtiyacı olanlara yardım əli uzadacaq, öz prinsiplərinizə sadiq qalaraq kimsənin sizi idarə etməsinə şərait yaratmayacaqsınız.