Mansory Cullinan krossoverini firuzəyi rəngli salonla təchiz edib FOTO


Digərləri 02 Apr 2020 23:58:00 196 0

Mansory Cullinan krossoverini firuzəyi rəngli salonla təchiz edib  FOTO

Mansory atelyesi Rolls-Royce Cullinan modeli üçün hazırladığı Coastline adlı layihəni təqdim edib. Ultra lüks krossoverin salonu tamamilə firuzəyi rəngli dəri ilə üzlənmişdir. Avtomobilin salonunda toxnulmayan yalnız elektrik idarəetmə qurğularının düymələri və ön paneldəki ağacdan hazırlamış dekorlardır. Bundan başqa, Cullinan ayrıca idman aerodinamik kuzov dəstinə sahib olub.

Son.az autograph.az-a istinadən bildirir ki, Coastline təchizat səviyyəsinə malik olan Rolls-Royce Cullinan Mansory modelinin daxili tərtibatı bir çoxlarında şok effekti yarada bilər. Az sayda qara parlaq detalllar firuzəyi rəngli məkanda tamamilə "əriyir": tavan, firma saatının siferblatı və döşəmənin tərtibatı zərif mavi rəngədir. Krossoverin sahibinin bir rəngli salonu yad rəngli elementlə korlamaması üçün, tüner  firuzəyi rəngli xüsusiuşaq kreslosu da hazırlayıb.

Rolls-Royce Cullinan Coastline modelinin aerodinamik kuzov dəsti keçən il təqdim edilmiş Billionaire modeli ilə eynidir. Xarici fərqlər başqa ön splitterdən, arxa dirəkdəki işləmələrdən və kuzovun perimetri boyu vurulan qara rəngli haşiyədən ibarətdir.

Bundan başqa, dizaynerlər dəbdəbəli krossoveri yeni bamperlər, səsboğucu sistemin yeni ucluqları, beşinci qapıda quraşdırılmış spoiler cütlüyü, təkər tağlarının genişləndiriciləri və qanadlardakı plastik dekor elementləri ilə təchiz ediblər. Standart təkər diskləri 24-düymlük variantla əvəz edilib.

Tüner texniki hissəyə müdaxiləni  6,75-litrlik V12 mühərrikinin gücünü artırmaqla məhdudlaşdırıb: mühərrikin gücüı 571-dən 611 at qüvvəsinə, fırlanma anını isə 850-dən 950 Nm-ə qədər artırıb. İlk "yüzlüyü" krossover beş saniyədən az müddətdə toplayır. Onun maksimal sürət həddi saatda 280 kilometrdir.