Rusiyada qeyriiş günləri uzadıldı


Dünya 02 Apr 2020 23:46:00 140 0

Rusiyada qeyriiş günləri uzadıldı

Rusiya Prezidenti Vladimir Putin ölkədə qeyri-iş günlərinin sayının artırılması ilə bağlı qərar qəbul edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu günlər koronavirus pandemiyası səbəbindən aprelin 30-dək uzadılacaq.

Putinin sözlərinə görə, bu müddətdə işləyən vətəndaşların əməkhaqları olduğu kimi saxlanılacaq.