“Microsoft Store” mağazalarında iş dayandırılıb


Digərləri 02 Apr 2020 23:20:00 152 0

“Microsoft Store” mağazalarında iş dayandırılıb

"Microsoft" korporasiyası koronavirus pandemiyasına görə "Microsoft Store" pərakəndə mağazalarının bağlanmasını elan edib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Microsoft" korporasiyasının ABŞ-da 70-dən çox mağazası, Kanadada 7 ticarət nöqtəsi, Puerto-Riko, Avstraliya və Böyük Britaniyada mağazaları fəaliyyət göstərir. Onların işə başlayacağı tarix dəqiq məlum deyil.

Qeyd edək ki, "Microsoft" Sietldə "COVID-19" koronavirus infeksiyası yayılmağa başladıqda öz əməkdaşlarına evdən işləməyi təklif etmiş ilk şirkətlərdən biri olub.