Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb


Dünya 02 Apr 2020 22:44:00 119 0

Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb

Dünyada yeni növ koronavirusdan (COVİD-19) azı 50 min nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS" agentliyinin koronavirusun qeydə alındığı ölkələrdən topladığı hesbatda deyilir.

Bildirilir ki, ən çox ölüm halı İtaliyada (13 915) qeydə alınıb. Daha sonra ölüm hallarının sayına görə İspaniya (10 003), ABŞ (5 316), Fransa (4 503), Çin (3 287), İran (3 160), Böyük Britaniya (2 921), Niderland (1 339), Belçika (1 011), Almaniya (1 001) qərarlaşıblar.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı bir milyona yaxınlaşır.