Xiaomidən iki yeni elektrikli motosikl modeli –


Digərləri 02 Apr 2020 22:45:00 149 0

Xiaomidən iki yeni elektrikli motosikl modeli –

Xiaomi Youpin platformasında iki yeni elektrikli motosikl modelini təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, Çinin 70mai şirkəti tərəfindın istehsal edilən A1 və A1 Pro motosiklləri hədsiz yığcam görüntüsü ilə seçilir.

Hər iki modelin çəkisi cəmi 52kq-dır. Rəsmi şəkildə açıqlanmasa da 750W-dan az gücə sahib olduğu düşünülən motosikllərdən A1 Pro-nun birdəfəyə təxminən 70 km, A1-in isə təxminən 60 km məsafə qət edilə biləcəyi deyilir.

Hər iki modelin üç fərqli rəngi var. A1 Pro-da rəngli sensor ekran da var. GPS texnologiyasına sahib modellərin sürəti 25 km/s-dır. Motosikllər yolu qeyd etmək üçün nəzərdə tutulan 1080P keyfiyyətli kamera ilə də təhiz olunublar.