Huawei şirkəti koronavirusu 2 dəqiqədə müəyyən edə bilən texnologiyanı sınadı


Digərləri 02 Apr 2020 21:20:00 113 0

Huawei şirkəti koronavirusu 2 dəqiqədə müəyyən edə bilən texnologiyanı sınadı

Koronavirusa qarşı mübarizəyə əhəmiyyət verən Huawei şirkəti, koronavirusun 2 dəqiqədə müəyyən edilməsi üçün xəstəliyi təsbit edən sistem üzərində işləyir.

Koronavirusun təsbitində süni intellektin istifadə edilməsi üçün texnologiya şirkətləri araşdırma aparırlar. DarwinAI şirkətinin ağciyərlərdə koronavirusun zərərlərini müəyyən edən süni intellektinə bənzər bir araşdırmanı indi Huawei də reallaşdırır.

Bu günə qədər aparılan araşdırmalara görə koronavirus, zədələdiyi insanların ağciyərlərini hədəfə alır. Bu səbəblə yoxlanılmadığı hallarda koronavirus bəzən sətəlcəm ilə səhv salınır. Koronavirusun ağciyərlərə verdiyi zərərlərin rentgenlə də göstərilməsi, xəstəliyin süni intellekt ilə müəyyən edilə bilməsini təmin edir.

Huawei də Huawei Cloud platformasında toplanan ağciyər rentgen məlumatları ilə yaradılan süni intellekt 2 dəqiqəyə koronavirusu müəyyən edə bilir. Sistem indi ekvatordakı bəzi xəstəxanalarda təcrübədən keçirilir. Xəstəliyi təsbit edən sistemin istifadə edildiyi bu xəstəxanalarda 98% nisbətində doğru cavab təmin edildi.