BMW iX3 elektrokarının seriya variantının dizaynı açıqlanıb FOTO


Digərləri 02 Apr 2020 20:01:00 168 0

BMW iX3 elektrokarının seriya variantının dizaynı açıqlanıb  FOTO

Cenevrə avtosalonunun ləğvi səbəbi ilə avtomobil istehsalçıları tərəfindən planlaşdırılan bütün təqdimatlar əvvəlcədən təyin edilmiş ssenariyə uyğun getməyib. BMW X3 krossoverinin sırf elektrik ötrüməsi ilə hərəkət edən versiyası da koronavirusun qurbanı olub. Seriya modelinin şəkli BMW Concept i4 konseptinin onlayn təqdimatı zamanı göstərilsə də, ona lazımi diqqət yetirilməyib.

Son.az autograph.az-a istinadən bildirir ki, təqdimat zamanı göstərilmiş şəkillər dünən KİV-lər tərəfindən İnternet şəbəkəsində dərc edilib. BMW iX3 elektrik krossoveri Çində, BMW Brilliance Automotive şirkətinin  zavodunda buraxılacaq və oradan da bütün dünya bazarlarına ixrac ediləcəkdir. İlk elektromobillər diler salonlarında 2021-ci ilin əvvəlində nümayiş etdirilməlidirlər.

Bavariya markasının rəhbəri Oliver Zipsin nümayiş etdirdiyi krossoverin dizaynda, gözlənildiyi kimi, heç bir köklü dəyişiklik olmayıb - elektrokrossover daxili yanma mühərriki ilə təchiz edilmiş modeldən  yalançı radiator barmaqlığındakı mavi haşiyələr ilə seçiləcəkdir.

Elektrokrossoverin xarakteristikaları artıq sirr deyil. Ötən ilin sonunda istehsalçı krossoverin 286 at qüvvəsi hasil edən elektrik mühərrikləri alacağını və onun yürüş ehtiyatının 440 kilometrə çatacağını bildirib.