Norveçin suveren sərvət fondu tarixində ilk dəfə aktivlərini satıb


İqtisadiyyat 02 Apr 2020 19:23:01 102 0

Norveçin suveren sərvət fondu tarixində ilk dəfə aktivlərini satıb

Norveçin suveren sərvət fondu (Norwegian Wealth Fund) koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bu ilin 1-ci rübünü 113 milyard ABŞ dollarlıq zərərlə başa vurub

Dünyanın ən böyük suveren fondu -Norveçin suveren sərvət fondu (Norwegian Wealth Fund) koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bu ilin 1-ci rübünü 113 milyard ABŞ dollarlıq zərərlə başa vurub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu suverenfond tarixində ilk dəfə hökumətin xərclərini qarşılamaq üçün aktivlərini satıb.

Məlumata görə, analoji dövrdəNorveçin sərvət fondunun səhmlərinin dəyəri 21,1% azalıb. “Norwegian Wealth Fund” gəlirlərinin azalmasına əsas səbəblərdən biri beynəlxalq bazarlarda neftin qiymətinin ucuzlaşması olub.

Qeyd edək ki, suveren fondun portfelinin dəyəri ötən il 180 milyard ABŞ dollar artaraq 1,1 trilyon ABŞ dollarına çatmışdı.