Gəncədə yeniyetmə ürəyindən bıçaqlandı


Kriminal 02 Apr 2020 19:00:00 136 0

Gəncədə yeniyetmə ürəyindən bıçaqlandı

Gəncə şəhərində yeniyetmələr arasında bıçaqlanma olub.

Son.az Trend-ə istinadən bildirir ki, Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əliyev Anar Zaur oğlu ilə 2003-cü il təvəllüdlü Allahverdiyev İlham Rəhman oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində İ. Allahverdiyev A.Əliyevə ürəyindən 2 bıçaq zərbəsi endirib. Yaralı təcili yardım briqadası vasitəsilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub, vəziyyəti ağırdır.

İ. Allahverdiyev şübhəli şəxs qismində saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.