Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib


İqtisadiyyat 02 Apr 2020 18:34:35 107 0

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz dayanmağa və durmağa görə cəriməni ləğv edib

Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz dayanmağa və durmağa görə cəriməni ləğv edib.

Bu barədə "Report"a Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

"Bu cəriməni tətbiq edərkən bildirmişdik ki, əsas məqsədimiz yollarda rahat hərəkəti təmin etməkdir. Hazırdayollarda rahat hərəkət var", - o qeyd edib.