Bakıda kişi qonşusunu bıçaqladı


Kriminal 02 Apr 2020 18:30:20 113 0

Bakıda kişi qonşusunu bıçaqladı

Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Rəhimov Seymur Adıgözəl oğlu qonşusu, 1965-ci il təvəllüdlü Əliyev Dadaş Bəybala oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə S.Rəhimov D.Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən S.Rəhimov saxlanılıb, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.