Karantin günlərində kommunal idarələr necə işləyir? VİDEO


Digərləri 02 Apr 2020 18:31:00 114 0

Karantin günlərində kommunal idarələr necə işləyir?  VİDEO

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür. Son.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb. Azərişıq ASC vətəndaşlara göstərilən bütün növ xidmətləri onlayn şəkildə davam etdirir. Sosial şəbəkələrdə - Feysbuk, İnstaqram vasitəsilə canlı bağlantı, eləcə də Votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir. Tanrıverdi Mustafayev - "Azərişıq" ASC-nin Mətbuat katibi: "Bütün ASAN Xidmət və ASAN Komunal mərkəzlərində ən zəruri xidmətlər göstərilir. ASAN xidmət və ASAN komunal mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini 199 çağrı mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilər". "Azərsu" ASC vətəndaşlarla təması minimuma endirmək üçün əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğaclara baxış keçirməklə oxunmasını müvəqqəti dayandırıb. Anar Cəbrayıllı - "Azərsu" ASC-nin Mətbuat katibi: "Onlardan debitor borc tələb edib, sularını kəsmirik. Katantin davam edəcəyi müddətdə də borca görə heç bir abonentin suyu kəsilməyəcək. Əsas hədəfimiz odur ki, insanları bu müddətdə dayanıqlı və təhlükəsiz içməli su ilə təmin edək. Onlara normal kanalizasiya xidmətləri göstərək". "Azəriqaz" İstehsalat Birliyi isə bu günlərdə sosial aksiyaya start verib. Belə ki, qurum əməkdaşları yaşı 65-dən çox olan abonentlərə qaz təsərrüfatı ilə bağlı yaranan problemlərin həllində yardımçı olur. Ceyhun Səfərov - "Azəriqaz" İB-nin Mətbuat katibi: "Bu yaş kateqoriyasında olan abonentimiz öz smart kartına növbəti dəfə vəsait yerləşdirmək istəyərkən onun kartı götürülür, ödəniş terminalında vəsait yerləşdirilir və ondan sonra kart gətirilib mənzildə abonentin özünə qaytarılır. Və ya məişət cihazlarının hansındasa nasazlıq yaranarsa, onların da təmiri təmənnasız olaraq səyyar qruplarımız tərəfindən həyata keçirilir". "Azəriqaz" İstehsalat Birliyinin 104-185 saylı çağrı mərkəzinə zəng etmək və ya 077-310-41-04  Votsap nömrəsinə mesaj göndərməklə bu imkandan yararlanmaq olar.