Novak: “Neft bazarındakı vəziyyət hasilatın məhdudlaşdırılması ilə dəyişməyəcək"


İqtisadiyyat 02 Apr 2020 18:05:46 135 0

Novak: “Neft bazarındakı vəziyyət hasilatın məhdudlaşdırılması ilə dəyişməyəcək"

​Novak: “Neft bazarındakı vəziyyəti OPEC+ ölkələrinin hasilatının məhdudlaşdırılması ilə dəyişmək mümkün deyil”

OPEC + sazişinə daxil olmayan ölkələrdən maraq yarandığı təqdirdə Rusiya Səudiyyə Ərəbistanı ilə danışıqların ola biləcəyini düşünür.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

“Biz ehtiyac yarandığı təqdirdə Sədiyyə Ərəbistanı ilə danışıqların ola biləcəyini istisna etmirik. Təbii ki, əgər OPEC+ daxil olmayan ölkələrdən maraq yaranara bilərsə", deyə A. Novak Rusiyanın “Exo Moskva” radiostansiyasının efirində qeyd edib.

Həmçinin, rusiyalı nazir deyib ki, neft bazarında vəziyyət ancaq neftə tələbatın artdığı zaman dəyişə bilər. O qeyd edib ki, onu OPEC+ ölkələrinin hasilatının məhdudlaşdırılması ilə dəyişmək mümkün deyil.