Azərbaycanda bank əmanətlərinin 16%-i qorunmur


İqtisadiyyat 02 Apr 2020 17:41:42 119 0

Azərbaycanda bank əmanətlərinin 16%-i qorunmur

2019-cu ilin yekununda Azərbaycanda qorunan bank əmanətlərinin xüsusi çəkisi 84% təşkil edib.

2019-cu ilin yekununda Azərbaycanda qorunan bank əmanətlərinin xüsusi çəkisi 84% təşkil edib.

"Report" bu barədə hökumətin hesabatına istinadən xəbər verir.

Başqa sözlə, bu ilin əvvəlinə ölkədəki bank əmanətlərinin 16%-i qorunmayan əmanətlər olub.

Yeri gəlmişkən, hesabat tarixinə banklarda fiziki şəxslərə məxsus 8,638 milyard manat depozit olub. Bu isə illik müqayisədə 3,1% çoxdur.