Koronavirusun kimlər üçün daha təhlükəli olduğu açıqlandı


Digərləri 02 Apr 2020 17:44:00 116 0

Koronavirusun kimlər üçün daha təhlükəli olduğu açıqlandı

Koronavirus diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün daha təhlükəlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge videobrifinq zamanı deyib.

Onun sözlərinə görə, diabet xəstələrində COVID-19 daha ağır formada keçir və daha ciddi fəsadlara gətirib çıxarır:

"İtaliyada hər üç xəstədən biri diabet və digər xroniki xəstəliklərdən (xərçəng və ya respirator xəstəliklər) əziyyət çəkib".