“British Airways” əməkdaşlarının 80 faizini ixtisar edəcək


Dünya 02 Apr 2020 16:42:00 105 0

“British Airways” əməkdaşlarının 80 faizini ixtisar edəcək

Böyük Britaniyanın "British Airways" aviaşirkəti 36 min əməkdaşı müvəqqəti ixtisar edə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq "Unite" həmkarlar təşkilatından ilkin razılıq əldə edilib.

Qeyd olunur ki, əməkdaşlar işdən azad edilməyəcək, koronavirus pandemiyası müddətində işlərini müvəqqəti dayandıracaq.

Ümumilikdə ixtisar şirkətin əməkdaşlarının 80 faizini əhatə edəcək.