Braziliyada koronavirusdan ölənlərin sayı 200-ü ötdü


Dünya 02 Apr 2020 16:38:56 82 0

Braziliyada koronavirusdan ölənlərin sayı 200-ü ötdü

Latın Amerikasının ən böyük qəbiristanlığında pandemiyanın başladığı dövrdən məzarların sayında 30%-lik artım qeydə alınıb

Braziliyada pandemiya qurbanlarının sayı 246 nəfərəçatıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların rəsmi sayı 6932nəfərə yüksəlib.

Latın Amerikasının ən böyük qəbiristanlığı olan San-Paulu şəhərindəki “Villa Formosa”da pandemiyanın başladığı dövrdən məzarların sayında 30%-lik artım qeydə alınıb.

Bildirilib ki, dəfni qoruyucu kostyum geyinmiş işçilər həyata keçirirlər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 954 461 nəfər təşkil edir. Bunların 202 941 nəfəri sağalıb, 48 558 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.