Polis Bakıda itən 3 nəfəri axtarır


Digərləri 02 Apr 2020 15:41:00 73 0

Polis Bakıda itən 3 nəfəri axtarır

Dünən 3 nəfərin itkin düşməsi barədə paytaxt polisinə müraciət edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayon sakini, 1969-cu il təvəllüdlü Z.Zeynalova bildirib ki, martın 22-də onunla eyni evdə yaşayan qızı, 25 yaşlı Kəmalə Zeynalova evdən çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Nərimanov rayonunda yaşayan 1979-cu il təvəllüdlü A. Ağalarova polisə müraciətində bildirib ki, 21 yaşlı oğlu Əhmədağa martın 31-də həyətdə gəzmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.

Xətai rayonunda yaşayan 1987-ci il təvəllüdlü Elmir Nəzərov da aprelin 1-i itkin düşüb. Hər üç şəxsin axtarışları davam etdirilir.