Çexiya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır


Siyasət 02 Apr 2020 16:23:09 111 0

Çexiya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır

Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağdakı qondarma "prezident və parlament seçkiləri" ilə bağlı bəyanat yayıb.

Son.az bildirir ki, Çexiyanın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" keçirildi. Bu kontekstdə, Çexiya Respublikası Xarici İşlər Nazirliyi Çexiyanın bu "seçkilərin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını vurğulayır.

Çexiya Respublikası ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir və münaqişəyə cəlb edilmiş bütün tərəfləri gələcək sülh proseslərinə çağırır və BMT Baş katibinin dünyanın hər guşəsində qlobal atəşkəsə çağıran 23 mart 2020-ci il tarixli bəyanatını dəstəkləyir".