“NASA” Yer planetinə yaxınlaşan asteroidi məhv edəcək


Dünya 02 Apr 2020 16:25:00 156 0

“NASA” Yer planetinə yaxınlaşan asteroidi məhv edəcək

"NASA" planetimizə yaxınlaşan asteroidə kinetik zərbə vuraraq onun istiqamətini dəyişdirmək istədiyini bəyan edib.

"Oreadna" xəbər verir ki, məlumatda bəşəriyyətin hal-hazırda koronavirusla mübarizə aparmasına baxmayaraq, başqa təhlükələrin də olduğu qeyd edilir.

Xüsusi missiya "Didymos 8" asteroidinə kinetik zərbə vurmağa çalışacaq.

Qeyd edək ki, hal-hazırda səma cismi planetimiz üçün təhlükə törədmir. (oxu.az)