Azərbaycanda qanunsuz dini təbliğat aparan 12 nəfər həbs edildi


Kriminal 02 Apr 2020 15:56:00 115 0

Azərbaycanda qanunsuz dini təbliğat aparan 12 nəfər həbs edildi

Ötən il Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 12 nəfər barəsində cinayət işi başlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Qeyd olunub ki, həmin şəxslərdən 627 ədəd dini ədəbiyyat, broşura, jurnal buklet, 249 ədəd audio və video disk, digər dini əşyalar aşkar edilərək götürülüb.

54 nəfər barəsində inzibati tənbeh tədbirləri görülüb, o cümlədən 12 nəfər inzibati qaydada həbs edilib.