İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA


Dünya 02 Apr 2020 16:09:52 97 0

İtaliyada koronavirusa yoluxanların sayı 6,5 milyon nəfərə çata bilər - ARAŞDIRMA

Bunu italyan alimlərin riyazi modelləşdirməsinin nəticələri göstərib

İtaliyan riyaziyyatçılar İtaliya, Almaniya və koronavirusun tüğyan etdiyi “Diamond Princess” gəmisindəki virusdan ölüm hallarını araşdırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, alimlər riyazi modelləşdirmənin nəticələrinə əsaslanaraqİtaliyadakoronavirusunyayılma miqyasının lazımi qədərciddiyə alınmadığı qənaətinə gəliblər.

“Diamond Princess” gəmisindəki ölüm göstəriciləri tamamilə dəqiq olmağı ilə diqqət çəkir. Belə halda virusun gizli yayılma ehtimalı olmayıb. Gəmi və digər yerlərdəki ölüm səviyyəsinin göstəricilərini istifadə edərək belə qənaətə gəldik ki, İtaliyada koronavirusa yoluxan insanların sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur.Belə olduğu halda İtaliyada koronavirusa yoluxanların sayı rəsmi statistikadakı kimi 75 min nəfər (martın 25-nə olan məlumat – red.) deyil, 140 mindir və gələcəkdə 200 minədək artacaq”, - araşdırmaçılar bildiriblər.

Britaniyalı mütəxəssislərin fikrincə, COVID-19 yoluxanların 0,2%-ni öldürür. Bunu nəzərə alaraq alimlər qeyd edirlər ki,pandemiyanın sonundaİtaliyada yoluxma hallarının sayı6,5 milyon nəfərə çatabilər. Araşdırmaçıların proqnozuna görə, pandemiya öz zirvəsinə aprelin ilk həftəsində çatacaq.

Alimlər İtaliyada koronavirusun niyə belə sürətlə yayıldığını tam olaraq izah edə bilmirlər. Lakin iddia olunur ki, buna səbəb ölkədəki yüksək səviyyəli ictimai nəqliyyat sisteminin olmasıdır. İtaliyada gündə15 milyondan çox insan ictimai nəqliyyatdan istifadə edir. Mütəxəssislərin fikrincə, koronavirusun belə böyük miqyasda yayılmasının bir başqa səbəbi isə italyanların bir-birilə tez-tez yaxın təmasda olmasından irəli gəlir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 954 318nəfər təşkil edir. Bunların 202 913 nəfəri sağalıb, 48 553nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.