Türkiyədə koronavirus kabusu


Digərləri 02 Apr 2020 16:14:00 122 0

Türkiyədə koronavirus kabusu

Türkiyənin 601 səhiyyə işçisi koronavirusa yoluxub.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir bildirib: "Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxma hallarının 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bunu demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, ölkəmizdə 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların sayı 15,6 mini ötüb, ölənlərin sayı isə 277 nəfərdir.