İki dəfə xərçəng xəstəliyinə qalib gələn şəxs koronavirusdan öldü


Dünya 02 Apr 2020 16:20:00 108 0

İki dəfə xərçəng xəstəliyinə qalib gələn şəxs koronavirusdan öldü

İki dəfə xərçəng xəstəliyinə qalib gəlmiş Böyük Britaniya vətəndaşı koronavirusdan ölüb.

Son.az oxu.az-a istinadən verir ki, altı gün əvvəl 79 yaşlı şəxsdə koronavirusun ilk simptomu - boğulma müşahidə olunub.

Həyat yoldaşı dərhal təcili tibbi yardım xidmətinə zəng edib. Xəstəxanada kişiyə COVID-19-a yoluxma diaqnozu qoyulub.

Xəstə bir neçə gündən sonra ölüb.