Korona səbəbiylə ilk cinayət


Dünya 02 Apr 2020 16:03:00 132 0

Korona səbəbiylə ilk cinayət

Koronavirusla bağlı ilk cinayət işi İtaliyada işlənib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Antonio De Pake adlı tibb işçisi xəstəxanada koronavirusla mübarizə aparan həkim Lorena Quarantayı boğaraq öldürüb.

Yerli medianın məlumatına görə, De Pake "məni koronavirusa yoluxdurdu" deyərək rəfiqəsini öldürdüyünü açıqlayıb.

O, həkimi öldürdükdən sonra polisə zəng edərək günahını etiraf edib.