Ötən il 599 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib


Digərləri 02 Apr 2020 16:06:56 150 0

Ötən il 599 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

2019-cu ildə 599 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında qeyd olunub.

Ümumilikdə hesabat ilində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 1074 müraciət müvafiq qaydada araşdırılıb.

Bu müraciətlərdən 599-u Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 26-sı Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, 449-u isə Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri ilə bağlı olub.