Ermənistanda 5 həbsxana əməkdaşı koronavirusa yoluxdu


Dünya 02 Apr 2020 15:06:28 110 0

Ermənistanda 5 həbsxana əməkdaşı koronavirusa yoluxdu

Ermənistanda 663 nəfər koronavirusa yoluxub, 4 nəfər isə pandemiyadan ölüb.

Ermənistanın Ədliyyə Nazirliyinin “Vardaşen” cəzaçəkmə müəssisənin 5 əməkdaşında koronavirus aşkarlanıb.

“Report” “Panorama.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Ədliyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, infeksiyayayoluxan əməkdaşların hamısı təcrid edilib.

Məlumata görə, daha 28 nəfərdən qan nümunəsi götürülüb.

Qeyd edək ki, Ermənistanda 663 nəfər koronavirusa yoluxub, 4 nəfər isə pandemiyadan ölüb.