Azərbaycanda martda dövlət xətti ilə 332 ipoteka krediti verilib


İqtisadiyyat 02 Apr 2020 15:14:05 109 0

Azərbaycanda martda dövlət xətti ilə 332 ipoteka krediti verilib

Bu il aprelin 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 445,261 milyon manat təşkil edib

Bu il aprelin 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 445,261 milyon manat təşkil edib.

“Report” İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 26,261 milyon manat, yaxud 1,85% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 332 vahid artaraq 27 335-dən 28 667-yə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ martda 2,655 milyon manat artaraq 80,179 milyon manat olub.

Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 16,032 milyon manat və yaxud 2,25% artaraq 711,824 milyon manatdan 727,856 milyon manata çatıb.