"Azexport" portalına sifarişlərin dəyəri 13% artıb


İqtisadiyyat 02 Apr 2020 13:54:35 108 0

"Azexport" portalına sifarişlərin dəyəri 13% artıb

Bu ilin yanvar-fevral aylarında "Azexport" portalına 102,9 milyon ABŞ dolları dəyərində sifariş daxil olub

Bu ilinyanvar-fevral aylarında "Azexport" portalına 102,9 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.

Portal fəaliyyət göstərdiyi2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayına qədər isədünyanın 141 ölkəsindən 1 687,7 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib.

İİTKM həmçinin bəyan edib ki,bu ilin yanvar-mart aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 37 milyon ABŞ dolları dəyərindəqeyri-neft ixracı həyata keçirilib. B Bunun 15,3 milyon ABŞ dolları mart ayının payına düşüb.