Azərbaycanın qeyrineft sektoruna aid mal ixrac etdiyi əsas ölkələr açıqlanıb


Digərləri 02 Apr 2020 14:13:00 89 0

Azərbaycanın qeyrineft sektoruna aid mal ixrac etdiyi əsas ölkələr açıqlanıb

2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 5 faiz artıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

2020-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizin ixracı 3,2 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 milyon ABŞ dolları və ya 3,1 faiz artıb.

Bu müddətdə qeyri-neft sektoru üzrə 296 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon ABŞ dolları və ya 5 faiz artıb.

Bu ilin yanvar-fevral ayları ərzində Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon, İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.