8 km uzunluğa malik avtomobil yolu yenidən qurulur FOTO


Digərləri 02 Apr 2020 14:08:00 120 0

8 km uzunluğa malik avtomobil yolu yenidən qurulur  FOTO

Yevlax rayonunda 8 km uzunluğa malik avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, Yevlax rayonu ərazisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulur.

Bildirilib ki, başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü km-dən götürən Yevlax rayonunun Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlib, çiyinlər sıradan çıxıb.

8 km uzunluğa malik Xaldan-Ərəş-Meyvəli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində işlər aparılır.

Qeyd edək ki, tikinti işlərinin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanı və göstəricilər, siqnal dirəkləri quraşdırılacaq, yolun xətlənməsi işləri görüləcək.