Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb


İqtisadiyyat 02 Apr 2020 13:59:18 113 0

Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

© Report

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb martın 31-nə nisbətən 21 milyon ABŞ dolları və ya təxminən 22% azalaraq 74,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000AZN/USD səviyyəsində formalaşıb.