İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi


Dünya 02 Apr 2020 13:57:00 90 0

İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi

İranda indiyədək yeni koronavirusa (COVID 19) yoluxanların sayı 50 468 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 2 875 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb.

Nazirlik rəsmisi ötən 24 saat ərzində İranda daha 124 nəfərin öldüyünü və ümumilikdə koronavirus nəticəsində ölənlərin sayının 3 160 nəfərə yüksəldiyini deyib.

Cahanpur deyib ki, indiyədək yoluxanlardan 16 711 nəfəri sağalıb.

Hazırda İranda 3 956 nəfərin vəziyyəti ağır və kritik qiymətləndirilir.