Yaxın günlərdə sosial yardımlarla bağlı qərar qəbul ediləcək


Siyasət 02 Apr 2020 13:04:07 131 0

Yaxın günlərdə sosial yardımlarla bağlı qərar qəbul ediləcək

"Sosial yardımlarla bağlı hamı öz mülahizələrini söyləyir. Sosial ödənişlərə bağlı təkliflər irəli sürülür".

© Report

"Sosial yardımlarla bağlı hamı öz mülahizələrini söyləyir. Sosial ödənişlərə bağlı təkliflər irəli sürülür".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hələ son qərar yoxdur:

"Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsi istiqamətində olacaq. İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil".