Məhkəmə onlayn iclasda həbs qətimkan tədbirini dəyişdi


Sosial 02 Apr 2020 13:38:24 131 0

Məhkəmə onlayn iclasda həbs qətimkan tədbirini dəyişdi

Xətai Rayon Məhkəməsində təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə təqdimata onlayn qaydada baxılıb.

Xətai Rayon Məhkəməsində təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə təqdimata onlayn qaydada baxılıb.

Bu barədə “Report”a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs də Bakı İstintaq Təcridxanasından onlayn məhkəmə iclasına qoşulub:“Bu gün Xətai Rayon Məhkəməsində ilk dəfə olaraq onlayn qətimkan tədbirinin uzadılmasında iştirak etdim. İlk dəfə olaraq onlayn məhkəmə prosesinə qoşulmağıma baxmayaraq, məhkəmə həbs qətimkan tədbirini uzatmaqdan imtina etməklə bu şəraitdə bizləri sevindirdi”.

Vəkil əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs 9 aya yaxın həbsdə idi.

Qeyd edək ki, martın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” qərar qəbul edilib.

Qərarda Azərbaycanın bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilib.

Məhkəmələrə həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub. aprelin 20-dək qüvvədə olacaq.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək