Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi FOTO


Dünya 02 Apr 2020 13:35:00 121 0

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi  FOTO

Böyük Britaniyanın Kent qraflığında üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəlib.

"The Mirror" nəşri xəbər verir ki, 39 yaşlı Karen Mannerinq hamiləliyinin səkkizinci ayında koronavirusa yoluxub.

O, gözlərində ağrı və hərarətlə martın 12-də xəstəxanaya müraciət edib.

38,5 və 39,9 dərəcə hərarəti olan qadın ağ ciyərlərində dəhşətli ağrılar olduğunu deyib:

"Ən dözülməzi gözlərimdə olan ağrı idi. Ağrıdan gözümü açıb baxa bilmirdim".

Xəstəxanaya yatırılandan dörd gün sonra həkimlər ona koronavirus və ikitərəfli pnevmoniya diaqnozu qoyublar.