TƏBİB sahibkarlara müraciət edib


Sosial 02 Apr 2020 13:10:30 99 0

TƏBİB sahibkarlara müraciət edib

"Sahibkarlara müraciət edirəm ki, bacardığınız qədər onlayn iş rejiminə keçin. Bir idarənin içində 60 nəfər işləyirsə, o demək deyil ki, hamının təması mütləqdir".

© Report — Yaqut Qarayeva

"Sahibkarlara müraciət edirəm ki, bacardığınız qədər onlayn iş rejiminə keçin. Bir idarənin içində 60 nəfər işləyirsə, o demək deyil ki, hamının təması mütləqdir".

"Report" xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, bütün müəssisələr çağırışlarımıza əməl etməlidir.