SOCAR-ın İdarəsi iki ayda qeyri-neft sektoru üzrə 24 mln. ABŞ dollarınadək ixrac həyata keçirib


İqtisadiyyat 02 Apr 2020 13:24:25 87 0

SOCAR-ın  İdarəsi iki ayda qeyri-neft sektoru üzrə 24 mln. ABŞ dollarınadək ixrac həyata keçirib

​SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi iki ayda qeyri-neft sektoru üzrə 24 mln. ABŞ dollarınadək ixrac həyata keçirib

Bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 23,6 mln. ABŞ dolları təşkil edib.

Bu siyahıda növbəti yerləri “Azərenerji” ASC (17,8 mln. ABŞ dolları), “AzerGold” QSC (13,9 mln. ABŞ dolları), “Azəralüminium” MMC (12,9 mln. ABŞ dolları), “Azərpambıq AqrarSənaye Kompleksi” MMC (4,9 mln. ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (2,2 mln. ABŞ dolları), “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC (822 min ABŞ dolları), “ASK Şüşə” MMC (166 min ABŞ dolları) tutub.