Tokioda məktəblər mayadək bağlı qalacaq


Dünya 02 Apr 2020 13:29:00 85 0

Tokioda məktəblər mayadək bağlı qalacaq

Tokio Təhsil İdarəsi yeni koronavirus təhlükəsinin artması ilə əlaqədar bələdiyyələrə məxsus tam orta məktəblərin mayadək bağlı qalması barədə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar aprelin 1-də qəbul olunub.

Xatırladaq ki, Yaponiyanın baş naziri Şinzo Abenin infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə yaz tətilinin sonunadək məktəblərin bağlanması barədə xahişindən sonra təhsil müəssislərinin fəaliyyəti martda dayandırılıb.

Tokio Bələdiyyəsinin Təhsil Komitəsi əvvəlcə məktəblərin fəaliyyətinin apreldə bərpa edilməsini planlaşdırırdı. Lakin yeni koronovirus təhlükəsi davam etdiyinə görə, məktəblərin mayın 6-dək bağlı qalması məqsədəuyğun hesab edilib.