İbrahim Məmmədov: "Bölgələrdən xəstələrin Bakıya gətirilməsi ilə bağlı mexanizm hazırlanır"


Digərləri 02 Apr 2020 13:11:54 113 0

İbrahim Məmmədov: "Bölgələrdən xəstələrin Bakıya gətirilməsi ilə bağlı mexanizm hazırlanır"

Bölgələrdən xəstələrin Bakıya gətirilməsi ilə bağlı mexanizm hazırlanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı xüsusi qaydalar hazırlanır:

"Ağır xəstələr, onkoloji, qan xəstələri və digər ağır xəstələrin gətirilməsi üçün sənəd hazır olmaq üzrədir. Yaxın vaxtlarda bu barədə qərar elan olunacaq. Həmin xəstələrin bölgələrdən Bakıya gətirilməsi, müalicə və geri qaytarılmasına lazımi şərait yaradılacaq".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.