Xüsusi karantin tədbirləri ilə bağlı 85 avtobus ehtiyatda saxlanılır BNA


Digərləri 02 Apr 2020 12:11:06 89 0

Xüsusi karantin tədbirləri ilə bağlı 85 avtobus ehtiyatda saxlanılır  BNA

Xüsusi karantin tədbirləri gücləndiriləndən sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) yalnız ekspres avtobuslar fəaliyyətə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, artıq 95 avtobus fəaliyyətə başlayıb:

"Dünəndən bu günə 21 min sərnişin daşınıb. Bundan başqa, özəl daşıyıcılar tərəfindən də 4000-ə yaxın sərnişin daşınıb. Hazırda 85 avtobus da ehtiyatda saxlanılır. Lazım olarsa, həmin avtobuslar da xəttə buraxılacaq. Avtobus çatışmazlığı ilə bağlı narahatlığa əsas yoxdur. Sadəcə, işi olmayan insanlar çölə çıxmasınlar".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.