Jurnalistlər üçün karantin qaydaları açıqlandı...


Digərləri 02 Apr 2020 12:19:00 120 0

Jurnalistlər üçün karantin qaydaları açıqlandı...

Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan jurnalistlər polis postlarından sərbəst keçə biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişov deyib.

O bildirib ki həmin jurnalistlər rayonlara gedə bilməzlər: "Bakı, Abşeron və Sumqayıt əraziərində yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməklə postlardan maneəaiz keçə bilərlər. Həmin jurnalistlərin yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir".