"Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir"


Digərləri 02 Apr 2020 12:04:00 109 0

"Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir"

Bu gün də Azərbaycanda koronavirusa daxili yoluxmalar var. Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O xatırladıb ki, hələ də virusun dərmanı tapılmayıb.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.